logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

13:52 13-01-2021 | icon 1708
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş veri, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.