logo

Ermənistan prezidenti və arvadı koronavirusa yoluxdu-vəziyyəti ağırdır

12:06 13-01-2021 | icon 1841
Ermənistan prezidenti və arvadı koronavirusa yoluxdu-vəziyyəti ağırdır

COVİD-19-a yoluxan Ermənistan prezidenti Armen Sarkisyan vəziyyəti ağırlaşdığı üçün təcili xəstəxanaya yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Ermənistan Prezident Aparatının mətbuat xidmətinə istinadən yayılan məlumatda onun virusun yeni növünə yoluxduğu bildirilib. 

“Koronavirusun yeni növünə yoluxan və bir müddət evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - deyə mətbuat xidməti bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.

Qeyd edək ki, , Armen Sarkisyanın həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.