logo

İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib

11:10 13-01-2021 | icon 1722
İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib

Prezident İlham Əliyev yanvarın 13-də Azərbaycanda səfərdə olan ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyət yamvarın 12-də  Azərbaycana səfərə gəlib. Ötən gün nümayəndə heyəti Bakıda bir sıra rəsmi görüşlər keçirib, eləcə də Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərə səfər edib.