Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" hesabında bildirib.
"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", -deyə Leyla Abdullayeva qeyd edib.