logo

Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi

18:59 12-01-2021 | icon 1757
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi

Prezident İlham Əliyev yanvarın 12-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin".