logo

Paşinyan Ermənistana 39 milyard dollar ziyan vurub - Erməni eksperti

14:54 12-01-2021 | icon 2023
Paşinyan Ermənistana 39 milyard dollar ziyan vurub - Erməni eksperti

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə və erməni xalqına ən azı 38,4 milyard dollarlıq ziyan vurub.

YeniAvropa xəbər verir ki, bu barədə erməni ekspert Mesrop Manukyan öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, insan itkiləri, o cümlədən müharibədə həlak olmuş və itkin düşmüş 4 500 hərbi qulluqçu, 11 minə yaxın əlil, 7 milyard dollarlıq itkiyə bərabərdir.

"Bundan başqa, müdafiə sisteminə 2 milyard dollara yaxın ziyan dəyib, bank sisteminin itkiləri 1 milyard dollara çatır. İnfrastruktura dəyən ziyan 2 milyard dollara yaxındır",-deyə ekspert vurğulayıb.