Azərbaycanda İran Ticarət Evi yaradılacaq
Azərbaycanda İran Ticarət Evinin yaradılması planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı ASK-nın prezidenti Məmməd Musayevlə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında keçirilən görüşdə müzakirələr aparılıb. Görüşdə həmçinin, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bu məqsədlə özəl sektoru təmsil edən sahibkarların işbirliyinin artırılması yolları müzakirə edilib.
M.Musayev İranın iri biznesə dəstək təşkilatları ilə ASK arasında məhsuldar əməkdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib. O, işğaldan azad olunan ərazilərin böyük hissəsinin İranla Azərbaycan sərhəddinə düşdüyünü və bunun da həmin ərazilərdə investisiya üçün geniş imkanlar yaratdığını vurğulayıb.
İran səfiri hər iki dövlət başçılarının müdrik siyasəti nəticəsində münasibətlərin yüksək səviyyədə olduğunu, diplomat kimi əsas fəaliyyət istiqamətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcəyini bildirib. O, Azərbaycanda İran Ticarət Evinin yaradılmasının, İran-Azərbaycan Müştərək Ticarət Palatasının fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün səylərini artıracağını vurğulayıb.
Səfirin sözlərinə görə, ölkəmizə gəlməzdən öncə Azərbaycanla həmsərhəd olan İranın 4 vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. İran sahibkarları Azərbaycanla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər.
Eyni zamanda, Seyid Abbas Musəvi cari ilin yanvarın 18-19-da Tehranda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının da iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra səfir Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə videokonfrans keçirməkdə maraqlı olduqlarını görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu, eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib. İran məhsullarının həm quru, həm dəmir yolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.
M.Musayev 2020-ci ilin dünya iqtisadiyyatı üçün çətin il olduğunu, lakin ölkəmizin iqtisadi dayanıqlığını qoruyub saxladığını, 30 illik işğala son qoyduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin qonşu ölkələrlə qurduğu yüksək siyasi dostluq əlaqələrinin iqtisadi münasibətlərin inkişafı üçün böyük rol oynadığı söyləyib. Konfederasiyanın prezidenti hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün Ticarət Evinin açılmasının vacibliyini vurğulayaraq bunun üçün ASK-ın hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Həmçinin, M.Musayev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi haqqında qonaqlara məlumat verərək orada sədr müavini olduğunu nəzərə çatdırıb. O, Konqresə üzv ölkələrə çıxış üçün iranlı sahibkarlara dəstək verməyə hazır olduğunu bildirərək Rusiya-Azərbaycan-İran Biznes Şurası formatının yaradılmasını təklif edib.
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlandı
Rusiya prezidenti Davos sammitində Qarabağdan danışdı
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
Prezidentdən QHT-lərlə bağlı FƏRMAN
Prezidentin köməkçisi "3+3" əməkdaşlıq formatından danışdı
Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə danışdı
İlham Əliyev Portuqaliya prezidentini təbrik etdi
Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı
Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıldı
Bakıda zibil qutusundan 4 kisə doğranmış qadın cəsədi tapıldı
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü
Vüqar Səfərlinin ortağı Nadir Məmmədov apelyasiya şikayəti verdi
Axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
Qırğızıstan prezidentinin andiçmə mərasiminə mindən çox dəvətli var
"Azercell"in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
İlham Əliyev Aydın Kərimovu videoformatda qəbul edib
Bayden üç türk qadına vəzifə verdi
Sabah Bakıda 9° isti olacaq
Orta məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi
Tağı Əhmədov xəstəxanadan evə buraxılıb: Ayaqları tutulmuşdu
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
“Keşikçidağ” qoruğuna yol çəkilir
Azərbaycanda ötən il 3,5 tondan çox qızıl filizi istehsal edilib