logo

Donald Trampa gələcəkdə hər hansı seçkili vəzifə tutması qadağa qoyulur

20:12 11-01-2021 | icon 2023
Donald Trampa gələcəkdə hər hansı seçkili vəzifə tutması qadağa qoyulur

Bu gün "CNN" telekanalı Donald Trampın impiçmenti haqqında qətnamənin mətnini dərc edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, telekanalın məlumatına görə, qətnamə ABŞ Konqresinin Nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq.

Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.

Qətnamə “Qiyama təhrk” adlanır. Nümayəndələr palatasının daxili qaydalar komitəsinin rəhbəri Corc Makqoveren bildirib ki, sənədin yanvarın 13-ü, yaxud 14-də palatanın müzakirəsinə çıxarılması gözlənilir.