logo

Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili fəal siyasətdən gedir

14:28 11-01-2021 | icon 1932
Gürcüstanın hakim partiyasının sədri Bidzina İvanişvili fəal siyasətdən gedir

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri Bidzina İvanişvili yenidən fəal siyasəti tərk edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o, bu barədə partiya üzvlərinə və silahdaşlarına yazdığı açıq məktubda bildirib.

B.İvanişvili Gürcüstanın siyasi həyatındakı vəzifəsini yerinə yetirdiyini və missiyasının başa çatdığını vurğulayıb.

Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyanın sədri seçilib.