Qırğızıstanda 53 yaşlı müxalifət lideri prezident seçkilərində qalib gəlir
Qırğızıstanda dövlət başçısı səlahiyyətlərinin sabiq icraçısı Sadır Japarov növbədənkənar prezident seçkilərində qalib gəlir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasından bildirilib. Qeyd edilib ki, seçki məntəqələrinin 92 faizində səslərin hesablanmasından sonra S.Japarov 79 faiz səslə liderdir.
Ona 1 milyon 40 min seçici səs verib.
Prezident seçkiləri ilə eyni vaxtda respublikada idarəçilik forması üzrə referendum da keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 75 faizi hesablandıqdan sonra 80 faizdən çox seçici prezident idarəçilik formasına səs verib.
Qırğızıstanda keçirilən prezident seçkilərində Sadır Japarov qalib gəlir.
Xatırladaq ki, Sadır Japarov 1968-ci il dekabrın 6-da İssuk-Kul vilayətində anadan olub. İki ali təhsillidir. 2005-ci ildə keçirilən seçkilərdə müxalifətin “Gələcək” blokunun lideri kimi Qırğızıstan patlamentinə(Joqorku Keneşa) üzv seçilib. Parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkədə başlanan “Zambaq inqilabı” zamanı Qırğızıstan Xalq Hərəkatının lideri Kurmanbek Bakiyevə dəstək verib. Kurmanbek Bakiyev ölkə prezidenti seçildikdən sonra ona tərəfdaşlıq edib.
2007-ci ildə ölkədə keçirilən növbədənkənar parlament seçkilərində prezidentyönümlü “Ağ yol” partiyasının siyahısı üzrə yenidən parlamentin üzvü seçilib. Lakin buna baxmayaraq mandatdan imtina edərək, prezidentin müşaviri olub. Paralel olaraq , 2008-2009-cu illərdə Korrupsiyaya qarşı mübarizə üzrə mili agentliyin səlahiyyətli nümayəndəsi, 2009-2010-cu illərdə isə agentliyin direktiru vəzifəsini daşıyıb.
2010-2013-cü illərdə keçirilən parlament seçkilərində Qırğızıstan Demokratik partiyası “Ata Yurd”un siyahısı üzrə yenidən Joqorku Keneşanın deputatı seçilib. Parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri tıyin edilib.
Ölkənin ön böyük ”Kumtop” qızıl mədənlərinin milliləşdirilməsi təşəbbüsü ilə çıxış etdiyinə və bu məqsədlə paytaxt Bişkekdə təşkil olunan mitinqlərin “Hakimiyyəti zor gücünə ələ keçirmək” maddəsi ilə həbs edilib. 1,6 il həbs cəzası almasına baxmayaraq, beynəlxalq hüquq müdafiə təşkilatlarının israrlı tələbi ilə 3 ay sonra azadlığa buraxılıb. 2013-cü ildə müxalifət lideri kimi yenidən həbs təhlükəsi ilə üzləşdiyindən əvvəlcə Qazaxıstana immiqrasiya edib. Daha sonra Rusiya, Türkiyə , Kiprdə miqrant haəyatı yaşayıb.Bu müddət ərzində sosial şəbəkələrdə müxalif yonlü çıxışlarını davam etdirib. 2017-ci ildə ölkəyə qayıdarkən Qazaxıstan-Qırğızıstan sərhəddində saxlanılıb. 2013-cü ildəki iğtişaşlarda təqsirli hesab edilərək 11 il 6 ay müddətinə yenidən ciddi rejimli həbsxanada saxlanmaq şərti ilə həbs edilib.
2020-ci ildə parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq ölkədə başlanılan kütləvi etiraz aksiyalarının nəticəsi olaraq Sadır Japarov həbsdən azad edilib . 6 oktyabr 2020-ci ildə parlament tərəfindən ölkənin baş naziri təyin edilib.
Ölkədə davam edən kütləvi etirazların nəticəsində 15 oktyabr 200-ci il tarixində prezident Sooronbay Jeenbekov istefa verdikdən sonra Konstitusiyaya uyğun olaraq müvəqəti olaraq ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. 14 noyabr tarixində prezident seçkilərinə qatıldığı üçün prezidentlik və baş nazir səlahiyyətlərindən imtina edib.
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı açıqlandı
Rusiya prezidenti Davos sammitində Qarabağdan danışdı
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
Prezidentdən QHT-lərlə bağlı FƏRMAN
Prezidentin köməkçisi "3+3" əməkdaşlıq formatından danışdı
Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə danışdı
İlham Əliyev Portuqaliya prezidentini təbrik etdi
Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı
Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıldı
Bakıda zibil qutusundan 4 kisə doğranmış qadın cəsədi tapıldı
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü
Vüqar Səfərlinin ortağı Nadir Məmmədov apelyasiya şikayəti verdi
Axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
Qırğızıstan prezidentinin andiçmə mərasiminə mindən çox dəvətli var
"Azercell"in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
İlham Əliyev Aydın Kərimovu videoformatda qəbul edib
Bayden üç türk qadına vəzifə verdi
Sabah Bakıda 9° isti olacaq
Orta məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi
Tağı Əhmədov xəstəxanadan evə buraxılıb: Ayaqları tutulmuşdu
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
“Keşikçidağ” qoruğuna yol çəkilir
Azərbaycanda ötən il 3,5 tondan çox qızıl filizi istehsal edilib