logo

Rəcəb Tayyib Ərdoğan "WhatsApp"dan imtina etdi

19:52 10-01-2021 | icon 378
Rəcəb Tayyib Ərdoğan "WhatsApp"dan imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "WhatsApp" messencerindən istefadədən imtina edib.

 YeniAvropa xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, Türkiyə prezidentinin messencerdən imtina etməsinə səbəb "WhatsApp"ın gizlilik siyasətindəki dəyişikliklər aparması olub.

Qeyd edilib ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl "WhatsApp"da olan qruplarını "Turkcell Iletisim Hizmetleri AS"a məxsus olan "BİP" tətbiqinə keçirəcək.

Rəcəb Tayyib Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də "Türksell"in həmin tətbiqinə keçib.

Türkiyə prezidentinin ofisi jurnalistləri də "BİP" tətbiqinə keçməyə çağırıb.