logo

Cüdoçularımız sabah “World Masters” turnirində qüvvələrini sınayacaqlar

18:35 10-01-2021 | icon 2163
Cüdoçularımız sabah “World Masters” turnirində qüvvələrini sınayacaqlar

Yanvarın 11-də Qətərin paytaxtı Dohada Azərbaycan cüdoçularının da iştirak edəcəyi “World Masters” turniri start götürəcək.

 YeniAvropa xəbər verir ki, pandemiya səbəbindən bu il keçiriləcək “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov və Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparacaq.