logo

Abşeron rayonunda "Daewoo" yolu keçən qadını vurub öldürdü

13:28 09-01-2021 | icon 2758
Abşeron rayonunda "Daewoo" yolu keçən qadını vurub öldürdü

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, rayonun Pirəkəşkül qəsəbəsi ərazisində yolu keçən Aşağı Güzdək qəsəbə sakini A.Məmmədova Bakı şəhər sakini T.Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtobusla vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.