logo

Rusiyada təyyarə qəzaya uğradı-3 nəfər öldü

17:47 08-01-2021 | icon 2030
Rusiyada təyyarə qəzaya uğradı-3 nəfər öldü

Rusiyanın Leninqrad vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, “Piper” təyyarəsi vilayətin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında yerə çırpılıb.

 
Məlumatda qeyd edilir ki, bu gün günorta saatlarında Qostilitsa aerodromundan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin "Mi-8" vertolyotu ilə xilasedicilər cəlb olunub.

Ölənlərdən ikisi kişi, biri qadındır. Yerə çırpılan təyyarə tamamilə dağılıb. Qəzaya uçuş qaydalarının pozulmasının və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.

O da bildirilib ki, təyyarə özəl olub. Aerodromun ərazisində təlim məşq uşularının keçirildiyi də xəbər verilir.