logo

Qazaxıstanda fevraldan əhaliyə COVİD-19-a qarşı peyvənd vurulacaq

19:15 05-01-2021 | icon 2226
Qazaxıstanda fevraldan əhaliyə COVİD-19-a qarşı peyvənd vurulacaq

Qazaxıstanda COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 158 min 302 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il martın 13-dən bu günə qədər ölkədə koronavirus infeksiyasından 2 min 339 nəfər həyatını itirib, koronavirusdan sağalanların sayı 145 mindən çoxdur. Hazırda 22 min 949 nəfər koronavirus infeksiyasından müalicə alır.

Qeyd edək ki, Qazaxıstan dekabrın 21-də Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına başlayıb və əhaliyə peyvəndin kütləvi şəkildə vurulmasına 2021-ci ilin fevralında başlanacağı nəzərdə tutulub.