logo

Azərbaycanda daha 341 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

18:28 01-01-2021 | icon 1596
Azərbaycanda daha 341 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 3858 nəfər müalicə olunaraq sağalıb, 341 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 219 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 188 min 280 nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib.

Aktiv xəstə sayı 28 min 91 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 199 min 939 test aparılıb. Bugünkü test sayı isə 4 min 473-dür.