Noyabrın 10-dan indiyədək Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni hərbçilərin cəsədlərinin toplanması işləri davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, dekabrın 31-də Cəbrayılda 2, Xocavənd rayonu ərazisində isə daha 1 hərbçinin cəsədi tapılıb. Bununla da bu günə qədər 1138 itkin düşmüş hesab edilən erməni hərbçisinin cəsədi tapılıb.
Qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onlar Hadrut, Füzuli və Qubadlı istiqamətlərində qarşıdakı günlərdə də axtarışlar davam etdiriləcək.