logo

Azərbaycanda daha 1064 nəfər  koronavirusa yoluxdu, 32 nəfər öldü

15:35 31-12-2020 | icon 1659
Azərbaycanda daha 1064 nəfər  koronavirusa yoluxdu, 32 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 4127 nəfər müalicə olunaraq sağalıb, 1064 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 218 min 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 184 min 422 nəfər müalicə olunaraq sağalıb, 2641 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 637 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 195 min 466 test aparılıb. Bugünkü test sayı isə 10 min 219-dur.