logo

Məşhur modelyer Pyer Karden öldü

18:48 29-12-2020 | icon 630
Məşhur modelyer Pyer Karden öldü

Fransanın dünyaca məşhur modelyeri Pyer Karden dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Qeyd edilib ki, 98 yaşlı modelyer müalicə aldığı Parisin yaxınlığındakı xəstəxanalardan birində vəfat edib.

Xatırladaq ki, Pyer Karden 1922-ci ildə İtaliyada anadan olub. Sonradan ailəsi ilə birgə Fransaya köçüb.  1945-ci ildə Parisdə modelyer kimi fəaliyyətə başlayıb. 1946-cı ildə həmin dövrün ən məhşur modelyerlərindən olan Kristian Diordan birgə iş təklifi alıb. 1950-ci ildə şəxsi moda evini, 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açıb.

Onun dünyaca məhşur “Pierre Cardin” brendi altında məhsulların istehsalında 200 minə qədər insan çalışır. Firmanın illik gəliri təxminən 12 milyard dollar təşkil edir.

Dünyaca məhşur müğənnilərin, siyasətçilərin qarderobunu məhz bu brendin məhsulları bəzəyir.