Kişilər COVID-19-u daha ağır keçirirlər
Üç milyondan çox insana dair məlumatı əhatə edən ən yeni metaanaliz yeni növ koronavirus (COVID-19) ağırlaşması və həmin infeksiyadan ölüm riskinin kişilərdə əhəmiyyətli dərəcədə yüksək olduğunu təsdiqləyib.
YeniAvropa "media.ru" saytına istinadən xəbər verir ki, alimlər pandemiyanın ilk aylarından COVID-19-un ağır formasına daha çox kişilərdə rast gəlindiyinə diqqət yetiriblər. Bununla belə yeni metaanalizin müəllifləri bildirirlər ki, əldə edilən məlumatlar koronavirus infeksiyasından kişilərin daha çox ölməsinə onların daha çox xəstələnməsinin, yoxsa həqiqətən xəstəliyi ağır keçirməsinin səbəb olduğunu anlamağa imkan vermir.
Əvvəllər aparılmış tədqiqatların daha bir yetərsizliyi budur ki, həmin tədqiqatlarda SARS-CoV-2 infeksiyalarının qlobal statistikası, adətən, təhlil olunmurdu. Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişinin kişilər və qadınlar arasındakı fərqliliyinin təsdiq olunması həmin problemə münasibəti dəyişə bilər. Metaanalizin müəlliflərin fikrincə, COVID-19-un ağırlaşmasında kişi cinsi amili lazımınca dəyərləndirilməyib.
Yeni metaanaliz üçün alimlər 46 ölkədən və ABŞ-ın 44 ştatından ümumilikdə 90 hesabatı təhlil ediblər. Hesabatlarda SARS-CoV-2-yə yoluxmuş üç milyondan çox xəstə barədə məlumatlar olub.
Aşkarlanıb ki, kişilər və qadınların SARS-CoV-2-yə yoluxma riski eynidir. Ancaq bu infeksiya ilə intensiv müalicə palatasına yerləşdirilən kişilərin sayı qadınlardan 2,84 dəfə çoxdur. Ölüm riski isə 1,39 dəfədən yüksəkdir.
Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişindəki fərq müxtəlif cinslərə mənsub adamların immunitet xüsusiyyətləri ilə əlaqədardır. Bundan başqa, qadınlara nisbətən kişilərdə yanaşı xəstəliklərin daha çox yayılmasının və digər bioloji amillərin də ciddi rolu var.
Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib
Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib
Azərbaycan nefti 55,37 dollara satılır
Pərviz Şahbazov BBEA-nın 11-ci Assambleyasında iştirak edib
Yol polisi sürücülərə müraciət etdi
Hirkan Milli Parkında baş vermiş yanğın 6-cı gündə söndürüldü
Xınalıqda 15 sm qar yağdı, temperatur -7°-yə endi
Bakıda mənzildən qadın meyiti tapılıb
Belarus dünya çempionatı keçirməkdən məhrum edildi
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
Mədəniyyət Nazirliyi Bakıdakı alman kilsəsi haqda videoçarx hazırlayıb
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı
Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Laçının gəzməli-görməli yerləri haqda videoçarxı hazırlanıb
Hirkan Milli Parkında baş vermiş yanğın 5 gündür davam edir
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır
MN Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkəti dəyişdiriləcək
Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik
Vətən Müharibəsində şəhidlərinin sayı 2855 oldu-YENİ SİYAHI
Dövlət Xidməti polietilen torbalarla bağlı sahibkarlara çağırış etdi