logo

Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydada keçiriləcək

12:56 28-12-2020 | icon 686
Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydada keçiriləcək

Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydada keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu fikir Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında oxuculara müraciətində yer alıb.

DİM-in sədri bildirib ki, gələn il 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək.

Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.