logo

Türkiyədə  daha 254 nəfər  koronavirusdan dünyasını dəyişib

23:11 27-12-2020 | icon 2156
Türkiyədə  daha 254 nəfər  koronavirusdan dünyasını dəyişib

Dekabrın 27-də yeni növ koronavirus (COVID-19) infeksiyasına görə Türkiyə üzrə 172 min 113 nəfər testdən keçirilib. Onlardan 14 min 206 nəfərdə virus əlaməti aşkarlanıb, 2 min 806 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 254 nəfər ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə  ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, indiyədək Türkiyədə 2 milyon 147 min 578 nəfərdə xəstəliyin əlamətləri aşkar olunub, ümumilikdə 19 min 878 nəfər ölüb.