logo

Saakaşvilinin partiyasına yeni sədr seçildi

22:41 27-12-2020 | icon 1953
Saakaşvilinin partiyasına yeni sədr seçildi

Nika Meliya Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" Partiyasının (VMHP) sədri seçilib. Onun sədrliyi partiyanın bu gün keçirilən qurultayında təsdiqlənib.Tədbirə partiyanın lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də canlı videobağlantı ilə qatılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, siyasi partiya sədrinin onlayn səsvermə yolu ilə seçilməsi Gürcüstan təcrübəsində ilk dəfə tətbiq olunub.  Dekabrın 21-də start verilən səsvermə prosesi dekabrın 25-i saat 21:00-da başa çatıb.

Nika Meliya onlayn səsvermə yolu ilə Gürcüstanın əsas ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMH) partiyasının sədri seçilib.

Dörd gün davam edən onlayn səsvermədə partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak ediblər.

N.Meliya prosesdə iştirak edən 20 779 nəfərin 64,9% səsini əldə edərək sədrliyə digər namizəd Levan Varşalomidzeni (35,1%) geridə qoyub.

Xatırladaq ki, “Vahid Milli Hərəkat” partiyası 2001-ci ildə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfindən təsis olunub. M.Saakaşvilidən sonra VMHP-yə rəhbərlik edən Qriqol Vaşadze bu il dekabrın 15-də siyasi qurumun sədri vəzifəsindən istefa verib.