logo

DİM bəzi ixtisasları III qrupa keçirir

19:33 23-12-2020 | icon 3220
DİM bəzi ixtisasları III qrupa keçirir

“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Qeyd edilib ki, qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınaraq 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur.