logo

İranda daha 153 nəfər koronavirusdan dünyasını dəyişib

16:30 23-12-2020 | icon 1897
İranda daha 153 nəfər koronavirusdan dünyasını dəyişib

İranda son sutka ərzində 6 min 261 nəfər COVID-19 virusuna yoluxub, 153 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib.

O bildirib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 177 min 4-ə, ölənlərin sayı isə 54 min 156-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5 min 419 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 914 min 194 xəstə isə sağalaraq evə buraxılıb.

Nəzərə çatdırılıb ki, İranda əhaliyə koronavirusa qarşı yerli istehsalı olan peyvənd vurulacaq