logo

Bakıda karantini pozaraq ad günü keçirən məktəb direktoru cəzalandı

20:15 22-12-2020 | icon 2667
Bakıda karantini pozaraq ad günü keçirən məktəb direktoru cəzalandı
Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq ad günü küçirib.
 
YeniAvropa xəbər verir ki, bu barədə  sosial şəbəkələrdə videogörüntü yayılıb.
 
Məsələyə Bakı şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib. 
 
Bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib:
 
"Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.