logo

İranda koronavirusdan ölənlərin sayı 54 min nəfəri ötüb

15:11 22-12-2020 | icon 1834
İranda koronavirusdan ölənlərin sayı 54 min nəfəri ötüb

Son sutka ərzində İranda 6 min 208 nəfər koronavirusa yoluxub, 187 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 170 min 743 nəfərə, ölənlərin sayı isə 54 min 3-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsi davam edən 5 min 467 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 903 min 998 xəstə sağalaraq evə buraxılıb.