logo

Türkiyədə zəlzələ olub

09:15 20-12-2020 | icon 1792
Türkiyədə zəlzələ olub

Dekabrın 19-da Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Çanaqqala vilayətində, Gökçeada rayonundan 155,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 15,35 kilometr dərinlikdə yerləşib.

Həmçinin yerli vaxtla saat 23:19-da Denizli əyalətində də 3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və ya tələfat qeydə alınmayıb.