logo

Baş nazir canlı yayımda koronavirusa qarşı peyvənd olundu

22:49 19-12-2020 | icon 1904
Baş nazir canlı yayımda koronavirusa qarşı peyvənd olundu

İsrailin baş naziri Binyamin Netanyahu Təl-Əviv yaxınlığındakı Ramat-Qan şəhərindəki "Tel xa-Şomer" hospitalının tibbi mərkəzində ABŞ-ın "Pfizer” şirkətinin preparatı ilə peyvənd edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə "Kan TV” videosüjet yayımlayıb.

"Bu XXI əsrin ən ağır epidemiyasıdır. Və bizim kiçik ölkəmiz artıq 1 milyon doza vaksin alıb. Hər kəs  peyvənd olunmalıdır. Xahiş etdim ki, ilk öncə  məni və səhiyyə naziri Yuliy Edelşteyni peyvənd etsinlər. Mən öz hərəkətimlə bütün israillilərə nümunə olmaq istəyirəm", -deyə  Binyamin Netanyahu bildirib. 

"Kan TV"nin məlumatına görə, bazar günü , dekabrın 20-də ölkə prezidenti Reuven Rivlin Yerusəlim şəhərindəki klinikaların birində peyvənd olunacaq.

Bunun ardından bələdiyyə başçıları və risk qrupuna daxil olan digər şəxslərin peyvəndləməsi həyata keçiriləcək.