logo

On ayda İranda 778 ton narkotik vasitə müsadirə olunub

14:15 19-12-2020 | icon 1785
On ayda İranda 778 ton narkotik vasitə müsadirə olunub

Cari ilin ötən on ayı ərzində İranın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 778 ton narkotik vasitə müsadirə edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın beynəlxlq təşkilatlar yanındakı daimi nümayəndəsi Kazım Qəribəbadi bildirib.

O, BMT-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinə yazdığı məktubda qeyd edib ki, on ay ərzində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplarla sərhədçilər arasında 1914 silahlı toqquşma baş verib. Bunula yanaşı, 1886 silahlı qruplaşma məhv edilib və onların İrana, buradan isə Avropa ölkələrinə daşımaq istədikləri narkotik maddələr müsadirə olunub.