logo

Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu ötüb

15:51 18-12-2020 | icon 2051
Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 75 milyon nəfəri ötüb.

YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, dekabrın 17-də dünya üzrə koronavirusa 722 min yoluxma halı qeydə alınıb. Həmçinin ötən sutka ərzində 12 min 880 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək koronavirusa yoluxanların sayı 75 milyon 407 min 507 nəfərə, ölənlərin sayı isə 1 milyon 671 min 135 nəfərə çatıb. Eyni zamanda, 52 milyon 983 min 352 xəstə sağalıb, müalicəsi davam edən 20 milyon 753 min xəstədən 107 min 204-nün vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 17 milyon 627 mini ötüb. Hindistanda 9 milyon 979 min, Braziliyada 7 milyon 111 min, Rusiyada 2 milyon 791 min, Fransada isə 2 milyon 427 min yoluxma aşkarlanıb.

Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 317 min 929 nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 184 min 876, Hindistanda 144 min 829, Meksikada 116 min 487, Böyük Britaniyada isə 66 min 52 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.