logo

BMT Baş katibi:"Ətraf mühiti çirkləndirənlərdən vergi tutulsun!"

11:30 17-12-2020 | icon 1890
BMT Baş katibi:"Ətraf mühiti çirkləndirənlərdən vergi tutulsun!"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ətraf mühitin çirkləndirilməsinə görə vergiödəyicilərinə əlavə vergi yükünün qoyulması təklifi ilə çıxış edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, BMT-nin Baş katibi iqlim dəyişikliklərinə həsr olunmuş sammitdəki çıxışında qlobal iqtisadi siyasəti və maliyyə sistemini Paris sazişi və davamlı inkişaf məqsədləri ilə uyğunlaşrımağın zəruriliyini vurğulayıb. Bundan əlavə, o, iqlim dəyişikliyi ilə bağlı maliyyə riskləri barədə informasiyanın ictimaiyyət üçün açıq olmasının məcburi hala gətirilməsini təklif edib.

“Çıxarılan enerji daşıyıcıları sektorunun maliyyələşdirilməsi tədricən dayandırılmalı və onun subsidiyalaşdırılmasına son qoyulmalı, yeni kömür elektrik stansiyalarının tikintisi dayandırılmalı, vergiyə gəlirlər deyil, karbon tullantıları cəlb edilməli, çirkləndiricilərə görə vergiödəyicilərinə əlavə vergi yükü qoyulmalıdır”, - deyə BMT-nin Baş katibi  videoformatda keçirilən sammitdə bildirib.