logo

Türkiyədə koronavirus antirekordu-bir gündə 240 ölü

21:20 16-12-2020 | icon 1827
Türkiyədə koronavirus antirekordu-bir gündə 240 ölü

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm halındakı say epidemiya yayılandan bəri ən yüksək həddə çatıb.

YeniAvropa  Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 16-da ölkə üzrə 205 min 397 nəfər testdən keçirilib. Onlardan 29 min 718 nəfərdə virus əlaməti aşkarlanıb, 4 min 893 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 240 nəfər ölüb, 29 min 922 xəstə isə sağalıb. Hazırda 5 min 960 xəstə infeksiya səbəbindən reanimasiyadır.

Türkiyə hökuməti riskləri azaltmaq üçün ölkə üzrə tətbiq olunan gündəlik (səkkiz saat) və həftəsonu (56 saatlıq) “Evdə qal!” rejimin davam etdirir. Dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlanacaq “Evdə qal!” rejimi 2021-ci il yanvarın 4-də saat 5.00-dək qüvvədə olacaq.