logo

113 yaşlı Arzu nənə koronavirusu məğlub etdi

16:56 16-12-2020 | icon 1876
113 yaşlı Arzu nənə koronavirusu məğlub etdi

Türkiyədə 113 yaşlı qadın COVID-19 xəstəliyindən sağalmağı bacarıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 113 yaşlı Kırıkkale şəhər sakini Arzu Sınıroğlu 14 günlük klinik şəraitdə müalicədən sonra koronavirusdan sağalıb.

Ötən gün Arzu nənə xəstəxanadan təntənə iləyola salınıb. O, həkimlərə dərin təşəkkürünü bildirib.

 
Atatürkün ruhuna və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana salam verərək xəstəxananı tərk edən Arzu nənə tibbi personalla zarafat etməyi də unutmayıb.

"Ölüb-eləsəm, hamınız gəlin, yaxşımı?", - deyən yaşlı qadın hamını güldürüb.