logo

Qazaxıstan müstəqilliyinin 29 illiyini qeyd edir

12:55 16-12-2020 | icon 1792
Qazaxıstan müstəqilliyinin 29 illiyini qeyd edir

Bu gün Qazaxıstanda Müstəqillik Günü qeyd edilir.

 YeniAvropa xəbər verir ki, Qazaxıstan Respublikasının müstəqilliyi və dövlət suverenliyi haqqında qanun 1991-ci il dekabrın 16-da qəbul edilib.

Hazırda dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınan Qazaxıstan bölgədə sülhün, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır və bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

“Biz əcdadlarımızın çoxəsrlik arzularını yerinə yetirmişik. Xalqın birliyi ilə üzərimizə düşən hər bir sınaqdan səmərəli çıxaraq müstəqilliyimizin əsas dəyərini qoruyub saxlamışıq və qələbələrimizin tarixi davam edəcəkdir”, - deyə ölkənin sabiq prezidenti Nursultan Nazarbayev həmvətənlərinə bayram münasibətilə müraciətində bildirib.