logo

Türkiyədə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

22:10 15-12-2020 | icon 1841
Türkiyədə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 235 nəfər dünyasını dəyişib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda  koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı 5988 olub. 

Fəxrəddin Koca bugünkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.