logo

Azərbaycanda ilk mərhələdə əhalinin 10 faizinə vaksin vurulacaq

16:56 15-12-2020 | icon 3073
Azərbaycanda ilk mərhələdə əhalinin 10 faizinə vaksin vurulacaq

“İlkin olaraq əhalinin 10 faizi qədər vaksin alacağıq”.

YeniAvropa xəbər verir ki,bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, üçüncü faza klinik təhqiqatların başa çatmasından sonra ölkələrin açıqladığı nəticələr əsasında Azərbaycan vaksinlə bağlı daha rahat qərar verəcək:

“Hazırda ənənəvi vaksinlərin həyata keçirilməsinə tam hazırıq. Ancaq GAVİ-nin bizə təklif edəcəyi vaksinlərin daşınma, saxlanma və vurulması şərtlərinə uyğun hazırlaşmalıyıq. COVAX təsisatı çərçivəsində ölkəmiz ilkin olaraq əhalinin 10 faizi qədər vaksin alacaq. Növbəti dövrdə əlavə vaksinlər də alınacaq”. 

 
Ramin Bayramlı bildirib ki, vaksinasiya ilə bağlı detallar növbəti brifinqdə açıqlanacaq.