logo

Abşeronda ağır avtoqəzada azyaşlı öldü

17:31 14-12-2020 | icon 4221
Abşeronda ağır avtoqəzada azyaşlı öldü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Məmmədovun idarə etdiyi “Hyundai” markalı yük və Bakı şəhər sakini D.Dadaşovun idarə etdiyi “Renault” markalı minik avtomobilləri toqquşub.

Nəticədə D.Dadaşovun sərnişinləri olan azyaşlı qızı Amina və Bakı şəhər sakini A.Qarayeva xəsarətlərlə xəstəxanaya yerləşdirilib, uşaq orada ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.