logo

Baş nazir COVID-19-dan dünyasını dəyişdi

16:56 14-12-2020 | icon 1750
Baş nazir COVID-19-dan dünyasını dəyişdi

Afrikanın cənubunda yerləşən Esvatini Krallığının (2018-ci ilədək Svazilend Krallığı adlanıb) baş naziri Mandvulo Dlamini  müalicə aldığı Cənubi Afrika Respublikasındakı (CAR) xəstəxanaların birində həyatını itirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 52 yaşlı hökumət başçısı ötən ay  COVID-19-a yoluxub. 

Həkimlərin söylədiyinə görə, mərhum baş nazir noyabrda yoluxduğu virusdan sonra ciddi müalicə almaqdan imtina edib. Vəziyyətinin daha da ağırlaşdığı üçün onu qonşu CAR-dakı xəstəxanaya gətiriblər və burada az müddət sonra həyatını itirib.

Qeyd edək ki, Mandvulo hökumətə başçılıq etməzdən əvvəl 18 il ərzində Krallığın Mərkəzi Bankına rəhbərlik edib.

Xatırladaq ki, rəsmi məlumatlara  əsasən, dekabrın 14-nə olan məlumata görə, ümumilikdə  Afrika qitəsində 2 milyon 400 min insanın COVID-19-a yoluxub,  56 mindən çox insan həyatını itirib.