logo

İranda koronavirusdan daha 251 nəfər öldü

15:14 14-12-2020 | icon 1673
İranda koronavirusdan daha 251 nəfər öldü

İranda son sutka ərzində 7 min nəfər koronavirusa yoluxub, 251 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. O bildirib ki,bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 115 min 770-ə, ölənlərin sayı isə 52 min 447-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5 min 711 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 823 min 231 xəstə isə sağalaraq evə buraxılıb.