logo

Türkiyədə daha 218 nəfər koronavirusdan həyatını itirib

20:23 13-12-2020 | icon 1771
Türkiyədə daha 218 nəfər koronavirusdan həyatını itirib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Dekabrın 11-də yerli vaxtla saat 21.00-da tətbiq olunan növbəti 56 saatlıq “Evdə qal” rejimi sabah saat 5.00-ə qədər qüvvədədir. Bütün bu tədbirlərə baxmayaraq gündəlik yoluxma və ölüm halları artmaqdadır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, mütəxəssislər, eləcə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin üzvləri hesab edirlər ki, son iki həftədə tətbiq olunan sərtləşdirilmiş məhdudiyyətlərin noyabrın sonundan başlayaraq nəticə verəcəyi gözlənilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 13-da Türkiyə üzrə 181 min 199 nəfər testdən keçirilib. Onlardan 26 min 919 nəfərdə virus əlaməti aşkarlanıb, 5 min 103 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 218 nəfər ölüb, 22 min 201 nəfər isə sağalıb.