logo

Türkiyədə koronavirusdan daha 222 nəfər dünyasını dəyişib

21:45 12-12-2020 | icon 1764
Türkiyədə koronavirusdan daha 222 nəfər dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 222 nəfər dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə COVID-19 qurbanlarının 16 min 199 nəfərə yüksəlib.

Ümumilikdə isə Türkiyədə 1 milyon 809 min 809 nəfər koronavirusa yoluxub.