logo

Mayya Sandu vəzifəsindən istefa verdi

17:57 10-12-2020 | icon 2100
Mayya Sandu vəzifəsindən istefa verdi

Moldovanın yeni prezidenti Maya Sandu Fəaliyyət və Həmrəylik Partiyasının sədri vəzifəsindən istefa verib. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, buna səbəb ölkə qanunveriliyin uyğun tələbləri olub. Belə ki, mövcud qanunlar dövlət başçısının siyasi partiyanın rəhbəri olmasını  yasaqlayır. 

Mayya Sandu həmçinin , Fəaliyyət və Həmrəylik Partiyasının üzvlüyündən də çıxıb. Partiyanın yeni qurultayı çağırılanadək təşkilata rəhbərlik İqor Qrosuna həvalə edilib. 

Qeyd edək ki, İqor Qrosun bu günədək partiyanın sədr müavini vəzifəsində çalışıb.