logo

Gələn həftədən Türkiyədə koronavirusa qarşı peyvəndə başlanılır

09:15 10-12-2020 | icon 2086
Gələn həftədən Türkiyədə koronavirusa qarşı peyvəndə başlanılır

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən sifariş edilən 50 milyon peyvəndin hissə-hissə qarşıdakı 3-4 gündən başlayaraq Türkiyəyə gətirilməsi həyata keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə səhiyyə naziri Fahrettin Koca Türkiyənin koronavirus üzrə elmi şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında verib. 

Onun sözlərinə görə, peyvənd hər şəxsə 14-21 gün fasilə ilə iki doza vurulacaq. Peyvənd pulsuz olacaq və ilk olaraq səhiyyə sahəsində çalışanlara tətbiq ediləcək. Səhiyyə naziri  bildirib ki, hələlik peyvənd vurdurmaqda məcburiyyət yoxdur.

Qeyd edək ki, dekabrın 9-da Türkiyə üzrə 204 min 411 nəfər testdən keçirilib. Onlardan 31 min 712 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 213 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 217 nəfər ölüb, 5 min 846 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 558 min 517 nəfər infeksiyaya yoluxub, 15 min 531 nəfər ölüb. Hazırda 5 min 901 xəstə infeksiya səbəbindən reanimasiyadır.