logo

Türkiyədə daha 211 nəfər koronavirusdan dünyasını dəyişib

22:15 08-12-2020 | icon 2100
Türkiyədə daha 211 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 211 nəfər ölüb. Bu, COVD-19-dan gündəlik ölümlə bağlı Türkiyədə ən yüksək göstəricidir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca səsləndirib.

Nazir qeyd edib ki, son 24 saatda koronavirus testi 200 mini keçib. Belə ki, bu gün 201 219 nəfər testdən keçib, 6593 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 33 198 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı isə 5882 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 552 304 nəfər COVID-19 infeksiyasına yoluxub,  15 314 nəfər isə ölüb.