logo

Türkiyədə koronavirusdan daha 203 nəfər dünyasını dəyişib

21:23 07-12-2020 | icon 2086
Türkiyədə koronavirusdan daha 203 nəfər dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması səbəbindən gündəlik ölüm sayı artmaqda davam edir. Bu səbəbdən də ölkə üzrə məhdud saatlı “evdə qalmaq” rejimi tətbiq olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 7-də ölkə üzrə 196 min 902 nəfər testdən keçirilib. Onlardan 32 min 137-sində virus əlaməti aşkarlanıb, 6 min 420 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 203 nəfər ölüb, 5 min 17 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 545 min 711 nəfər infeksiyaya yoluxub, 15 min 103 nəfər ölüb.