logo

İranda daha 284 nəfər koronavirusdan öldü

19:36 07-12-2020 | icon 1918
İranda daha 284 nəfər koronavirusdan öldü

Son 24 saat ərzində İranda 10 min 827 nəfər koronavirusa yoluxub, 284 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd edilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 1 milyon 51 min 374-ə, yoluxaraq ölənlərin sayı isə 50 min 594-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 796 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 742 min 955 xəstə isə sağalaraq evə buraxılıb.

İranda karantin rejimi davam edir.