Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 6-da Donbas vilayətinə səfərə gedib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə dövlət başçısı ofisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, prezident Vladimir Zelenski Donbasda hərbçilərlə görüşməyi planlaşdırır.
"Ukrayna prezidenti Vladimir Zelenskinin Donbas vilayətinə işçi səfəri başlayıb. Dövlət başçısı birləşmiş qüvvələrin əməliyyatının keçirildiyi zonada öndə xidmət aparan hərbçilərlə görüşəcək", - deyə xəbərdə deyilir.
Xatırladaq ki, dekabrın 6-sı Ukraynada ölkənin Silahlı Qüvvələr Günüdür.