logo

Uruqvayın sabiq prezidenti vəfat edib

20:59 06-12-2020 | icon 2044
Uruqvayın sabiq prezidenti vəfat edib

Uruqvayın keçmiş prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının üzvü olduğu “Geniş Cəbhə” siyasi koalisiyası məlumat yayıb.

Sabiq prezidentin ölüm səbəbinin onkoloji xəstəlik olduğu bildirilir.

Qeyd edək ki, Tabare Vaskes 2005-2010-cu və 2015-2020-ci illər arasında prezident postunu tutub.