logo

Paşinyan dilema qarşısında: Referendum, yoxsa növbədənkənar parlament seçkisi?

21:49 05-12-2020 | icon 2240
Paşinyan dilema qarşısında: Referendum, yoxsa növbədənkənar parlament seçkisi?

Ermənistanın baş naziri Nikol Paşinyan özünün siyasi reabilitasiyası üçün hazırda dilema qarşısındadır.Hakimiyyəti əlində saxlamaq üçün ya ölkədə hökumətə etimad refendumu, ya da ki növbədənkənar parlament seçkiləri təyin etməlidir. 

YeniAvropa xəbər verir ki, bu barədə bu gün erməni KİV-ləri məlumat yayıblar. 

Bildirilib ki, Nikol Paşinyan hakim “Mənim Addımım” fraksiyasından olan deputatlarla görüşərək siyasi böhrandan çıxış yolu kimi baş nazirə etimad referendumu keçirməyi parlamentin müzakirəsinə çıxarmağı təklif edib.

“Hrapark” qəzeti yazır ki, deputatlar Paşinyanın təklifinə o qədər də isti yanaşmayıblar. Onlar referendumun əks nəticə verəcəyindən ehtiyatlanıblar və baş nazirə növbədənkənar parlament seçkilərinin keçirilməsinin daha məqsədəuyğun olduğunu bildiriblər.  

“Nikol Paşinyan başa düşür ki, daxili siyasi gərginlik belə çox davam edə bilməz. O “Mənim Addımım” fraksiyasının deputatları ilə görüşərkən əhval-ruhiyyəni öyrənməklə yanaşı etimad referendumunun keçirilməsini müzakirə edib. Referendumda cəmiyyətdə qarşıdurmanın qarşısını almaq üçün baş nazirə etimad məsələsi qoyulacaq. Amma hətta Paşinyanın tərəfdarları da hesab edir ki, referendum uğursuzluqla nəticələnə bilər. Onlar bunun əvəzinə növbədənkənar seçkilərin keçirilməsini təklif edirlər. Amma Paşinyan bu məsələ ilə bağlı hələ ki, qərar verə bilmir”,-deyə qəzet yazıb.